Əməkdar artist, cazmen Cavan Zeynallının həyat yoldaşı Röya Zeynallı dünyasını dəyişib.
Cavan Zeynallı Teleqraf.com-a açıqlamasında həyat yoldaşı Röya Zeynallının ölüm səbəbini açıqlayıb:
“Onun haqqında danışmaq çox çətindir. Həyat yoldaşımın ölümü məni çox kədərləndirdi. Röya xanım sinir iflicindən dünyasını dəyişdi. Qusarda valideynlərinin və qardaşlarının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırıldı".
Qeyd edək ki, Röya Zeynallı xəstəxanaya yerləşdirilmişdi.