Şairə Nazilə Səfərli Xəzər Televiziyasında yayımlanan "Səhər mərkəzi" verilişində rəqqasə Fatimə Fətəliyeva ilə məhkəməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli bu sözləri deyib: “Bilirdim ki, təhqir olunmuşam.
Sosial şəbəkədə paylaşdığım postda “bir rəqqasə” yazanda onun kim olduğunu bilmirdim. Gördülər ki, çox israr edirəm, məni də yayındırmaq üçün oriental olduğunu söylədilər. Bir məkana getmişdim, reklam edirdim. Məni ora dəvət edən qadın dedi ki, səndən kim soruşsa, hansı şərtlərlə prosedurlar etdirirsən, de ki, pul ödəyirsən.
Ona cavab verdim ki, bu qədər aciz qalmışam ki, həm pul ödəyirəm, həm reklam edirəm.
Mən də əsəbləşəndə özümdə olmuram. Onda dedilər ki, bir rəqqasə onlara zəng edib, ora getmək istəyib. Ona deyiblər ki, ödənişlidir. Rəqqasə də cavab verib ki, xeyir ola, kor-kobud şairəni reklama çağırırsız, mənim kimi incə rəqqasəni dəvət etmirsiniz.
Mən isə sosial şəbəkədə yazdım ki, "vaxtında yiyəmiz olub deyə bizi stolların üstə çıxmağa qoymayıblar, kobud qalmışam, üzr istəyirəm". Hələ məhkəmə davam edir, 50 min manat mənəvi təzminat tələb edirik. Növbəti məhkəmə nə vaxtdır, bilmirəm".