Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərliyə cavab verib.

Fatimə Fətəliyeva Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Nazilə Səfərlinin haqqımdakı açıqlamasını gördüm. Bu barədə danışmayacam, çünki vəkilim icazə vermir. Allahın köməyi ilə hər şey aydın olacaq. Zaman və səbr…”

Qeyd edək ki, Nazilə Səfərli “Şou xəbər” verilişində Fatimə Fətəliyevaya qarşı məhkəməni udduğu halda tələb etdiyi 50 min manat təzminata rəqs paltarları tikdirəcəyini deyib: “Fatimə ilə məhkəməni udaramsa, alacağım 50 min manatın hamısına rəqs paltarı tikdirəcəm və ehtiyacı olan rəqqasələrə bağışlayacağam. Onun bədəni, vücudu işləyir, mənim beynim. Sabah yamaqlı bir donla çıxaram efirə, reytinqləri partladaram. Çünki donum yox, beynimdir məni partladan”.