Şairə Nazilə Səfərli “Şou xəbər” verilişində rəqqasə Fatimə Fətəliyeva ilə məhkəməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli ad çəkmədən rəqqasənin ünvanına bu sözləri deyib:
“Hegemon insanam! Onun işi zəngin, pullu, hörmətli insanların qabağında rəqs edib pul qazanmaqdır. Hərənin öz işi var. Bu, onun peşəsidir”.
Şairə Fatimə Fətəliyevanı məhkəmədə udduğu halda tələb etdiyi 50 min manat təzminata rəqs paltarları tikdirəcəyini söyləyib: “Əgər Fatimə ilə məhkəməni udaramsa, alacağım 50 min manatın hamısına rəqs paltarı tikdirəcəyəm və ehtiyacı olan rəqqasələrə bağışlayacağam. Sən etdiyin kimi yox, mən etdiyim kimi görəcəklər.
Onun bədəni, vücudu işləyir, mənim beynim işləyir. İstəyirsən 100 kiloqram olum, pul qazanan yerim başımdır. Birdəfəlik bunu anlayın. Sabah yamaqlı bir donla çıxaram efirə, reytinqləri partladaram. Çünki donum yox, beynimdir məni partladan”.
Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Səfərlinin sosial şəbəkədə yazdığı bu sözlər olmuşdu: “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla”. Bundan sonra Fatimə bu sözlərin ona aid olduğunu deyib.