Xalq artisti Mələkxanım Eyubovanın rəssam qızı Nəzrin Nəcəfova ABŞ-da diplom alıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Nəzrin Nəcəfova İnstaqramda məlumat verib:

"Mayamidə Azərbaycanlı gənc rəssamların rəsm sərgisi keçirildi. Sərgidə Azərbaycanın ABŞ-dakı səfirinin ikinci katibi Mahmud Mahmudov bizi sertifikatla təltif etdi".