Müğənni Ayan Babakişiyeva yeni klipi “Bahalı bahalı”nı təqdim edib.

Teleqraf.com xəbər verir ki, ifaçı ekran işində bir-birindən fərqli 5 obraz canlandırıb.

Bakıda lentə alınan klipdə müğənni Nadir Qafarzadə də rol alıb. O, Ayanın tərk etdiyi sevgilisi obrazında olub.

Mahnının müəllifi Adil Rəşididir. Klipi Fuad Tofiqoğlu ekranlaşdırıb.