Xalq artisti Mənsum İbrahimov şəhid olan qardaşı oğlu İsrafil İbrahimovla bağlı sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Mənsum İbrahimov qardaşı oğlunun fotosunu paylaşaraq bu sözləri yazıb:

"İgid şəhidimiz İbrahimov İsrafil Zülfiqar oğlu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağ Azərbaycandır".

Qeyd edək ki, İsrafil İbrahimov Birinci Qarabağ Müharibəsində şəhid olub.