Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhətindəki son vəziyyət haqqında danışıb.
Teleqraf.com-a açıqlamasında o, müalicə metodununun dəyişiyini deyib: "Səhhətim hələ ki stabildir. Müalicəm davam edir, kimyaterapiya alıram. Kimyaterapiya bitəndən sonra MRT-nin cavabından nəticə bilinəcək. Elə bilirdim ki, bu ay kimyaterapiya bitir, amma davam edir. Həkimim müalicə metodunu dəyişdi. Bədənim əvvəlki kimyaterapiyalara öyrəşdiyi üçün cavab vermirdi. Ona görə başqa cür qan analizi etdilər. Analizin cavabına uyğun müalicə metodu tətbiq olundu. Əvvəl 21 gündən bir kimyaterapiya alırdım, hazırda həftədə bir dəfə..."
Qeyd edək ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alır.