Müğənni Xatirə İslam Sabirabadda özünü yandıraraq intihar edən qazimiz Elvin Cəfərov haqda yazıb.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqramda bu sözləri yazıb:

"Allah sənə rəhmət etsin, qardaş! Mənim təyyarə biletimin qiyməti ilə bağlı dediyim sözü daha çox paylaşdılar, nəinki vətən uğrunda canından keçən Elvin Cəfərovu... Biz beləyik...Aramızda şou-biznesə meyilli olan şəxslər daha çoxdur. Allah bu dünyaya kömək olsun, biz belə hara gedirik? Olan sənə, ailənə, balalarına oldu. Yenə də hər şey unudulacaq. Bu oğlandan çox heyif!".

Qeyd edək ki, intihara cəhd edən Elvin Cəfərov Respublika Yanıq Mərkəzinə yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.