Aktrisa Pərvin Abıyeva MTV Azərbaycan televiziyasında yayımlanan "MTV Maqazin" verilişindəki açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva gizlətdiyi biznes sahəsinin olduğunu etiraf edib:

"Heç kimin xəbəri yoxdur, amma bizneslə məşğul oluram. Evlərim olub. Özümə məxsus üç evim var, iki bina evi, bir bağ evi".

Aktrisa geyimə yüksək məbləğdə pul xərclədiyini də etiraf edib: "Gözümü qırpmadan xoşuma gələn geyimə pul xərcləyirəm, 8-16 min dollarımdan keçmişəm".

Aktrisa xarakterindən də danışıb: "Çox ağır təbiətli bir insanam, bir o qədər də şıltaq və dəlisovam".