Müğənni Xatirə İslam Xəzər televiziyasında yayımlanan "Şourum" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Xatirə İslam televiziyalara qonorarla çıxmaq təklifindən danışıb:
"Qonorar məsələsi dünyada olduğu kimi bizdə də olmalıdır. Olacaq da... Bir sənətçi hansısa tədbirdə qonorarsız iştirak edirsə, əlbəttə, efirdə də belə ola bilər. İstədiyim dostumun efirinə özüm də gedə bilərəm. Burada problem qonorar məsələsi deyil".
Xatirə İslam bədən şəkilləndirmə əməliyyatı keçirməsi haqda yayılan iddialara da cavab verib: "Çəki atmamışam, plastik əməliyyat elətdirməmişəm. İkinci dəfə ana ola bilsəm, sonra bir daha əməliyyat edərəm. Əməliyyatım qadın xəstəlikləri ilə bağlı idi. İkinci dəfə ana olmaq üçün müalicələrim davam edir".