Müğənni Nadir Qafarzadə həmkarlarını televiziyalara çıxmamağa səsləyib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqram səhifəsində video paylaşaraq bu sözləri yazıb:

“Sonra bəzi televiziyalar şikayət edir ki, müğənnilər efirə gəlmirlər. Yaxşı edirlər. Müğənninin işi oxumaqdır. Bəzi aparıcılarınız gic-gic suallar verirlər. Sonra normal cavabları da İnstaqram səhifələrinin xəstə adminləri gic-gic başlıqlarla qoyurlar, onların səhifəsində olan pozğun, nəmişli zirzəmilərdə doğularaq atlıb gedənlər çıxıb şərh yazırlar. Sonra da anaları sosial verilişlərə çıxıb onları axtarırlar. Onların ucbatından müğənni efirə gəlmir.

Düzdür, bir nəfərə söz vermişəm. Xahiş edirəm ki, müğənni efirə çıxanda artıq suallar verməyin. Çünki bizim bəzi tamasaçılar başları ilə anlamırlar. Onunla görə çağırmayn, biz də o sualları cavablandırmayaq. Ona görə mən də efirə çıxmayanlar sırasına düşürəm. Artıq televiziyalara şərtlə çıxacam, yalnız oxumağa... Söhbətə, qeybətə gəlməyəcəm.

Mən indidən deyirəm ki, gic-gic suallar verməyin. Artıq hamı məni tanıyır, qurtardıq. Buradan sənət dostlarıma səslənirəm, televiziyalara getməyin, özünüzə hörmət edin. Görürsünüz ki, alınmır. Onlar öz reytinqləri üçün hər şey edərlər. Bizim insanların yüksək və aşağı səviyyəsini bilmək istəyirsinizsə, İnstaqram və Tiktoka girmək bəsdir. Allah bizə rəhmət etsin, ölülər!”