Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) xəstəliyi qara ciyərinə yayılıb.
Tünzalə Əliyeva Teleqraf.com-a açıqlamasında səhhətindən danışıb: “Analizin nəticəsi yaxşı olmadı. Xəstəlik qara ciyərə yayılıb, ağ ciyər və sümüklərdə isə qalıb. Hər üçü eyni zamanda müalicə olunacaq. Hazırda da Milli Ankologiya Mərkəzindəyəm, qan analizi verirəm. Nəticədən asılı olaraq ya kimyaterapiya, ya da əməliyyat olunacam. Milli Onkologiya Mərkəzinin rəhbərliyinə və bütün işçilərinə təşəkkür edirəm”.