Efirlərə qonorar müqabilində çıxacağını bildirən müğənni Natavan Həbibi daha bir açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Natavan Həbibi İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"2022-ci ildir. Digər ölkələrin yanında ayıbdır, belə mövzuların müzakirəsi utanc gətirir. Burdan-bura, bizim sənətçilər elə ən yaxınımız Türkiyə televiziyalarına dəvət alıb gedəndə qonorar müqabilində qonaq olur. Çünki bu bir şərtdir, formatdır, sistemdir. "Bizdə bu yoxdur, ola bilməz" kimi sözlər ayıbdır. Necə yəni? Qanun hamı üçün qanundur.

Dövlətimiz hər zaman o dəyəri, diqqəti incəsənətə ayırıb. Artıq aşağı instansiyalar, televiziya rəhbərliyi, media qurumları öz işini yerinə yetirilməlidir".

Qeyd edək ki, Natavan Həbibi ilə yanaşı müğənni Xatirə İslam və reper Elşad Xose efirlərə qonorarla çıxacaqlarını açıqlayıblar.