Xalq artisti Faiq Ağayev 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev sosial şəbəkədə bu sözləri deyib: "Bu gün, Vətənimizdə Dirçəliş Günü qeyd olunan tarixdə, həm də düz 33 il tamam olur ki, cani-qəlbdən, bütün varlığımla sevdiyim sənətə xidmətdəyəm.

İşğaldan azad olunmuş Azərbaycanın xalq artisti olmaq - tam ayrı bir duyğu, tam fərqli bir ləzzətdir! Bu illər ərzində əldə etdiyim ən böyük qazanc, ən miqyaslı nailiyyət, ən qiymətli xəzinəm sizsiniz - əziz, dəyərli, sevimli dinləyicilərim və tamaşaçılarım!

Nə yaxşı ki, varımsınız! Milli Oyanış Bayramımız, Dirçəliş Günümüz mübarək!"