Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxurlunun anası İranda xəstəxanada ağır əməliyyat keçirib.

Namiq Qaraçuxurlu Teleqraf.com-a açıqlamasında anasının səhhətindən danışıb: "Anam əməliyyatdan çıxıb, amma hələ oyatmırlar. İnşallah, çox güman, bu gün oyadarlar".

Qeyd edək ki, Namiq Qaraçuxurlunun anası onkoloji xəstəlikdən əziyyət çəkir. Əməliyyatı on saat çəkib.