"Avroviziya 2021" təmsilçimiz Samirə Əfəndi "Damlalar" adlı yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, mahnının sözləri və musiqisi Elşad Eyyubova məxsusdur, mahnının aranjemanında isə İsmayıl Əsədov imzası var.

Samirə Əfəndi Beynəlxalq Qızıl Media Mükafatlarında "İlin Ən Yaxşı Dünya Ulduzu" kateqoriyasında mükafat qazanaraq sektordakı yerini qalıcı etdi.

Əfəndinin yeni layihəsi olan "Damlalar" Türkiyənin ən güclü musiqi prodüser şirkətlərindən biri olan WediaCorp Music etiketi ilə bütün musiqi platformalarında səslənir.