Prodüser Tarix (Tolik) Əliyevin Xəzər televiziyasından ayrılaraq MTV Azərbaycan kanalında "Tarixin bir günü" adlı verilişlə efirə qayıtdığı iddia edilib.

Tarix Əliyev Teleqraf.com-a açıqlamasında məsələyə aydınlıq gətirib.

"Verilişin hansı kanalda yayımlanacağı hələ dəqiq deyil. Çünki iki kanaldan iş təklifi gəlib. Xəzər televiziyasından çıxmamışam və çıxmaq üçün ərizə yazmamışam. Ola bilər ki, Xəzər TV-də başqa bir layihə işləyəcəm. Dalğa televiziyası yenidən fəaliyyətə başlamalıdır. Mənə deyiblər ki, on gün gözlə", - o bildirib.