Müğənni Gülay Zeynallı koronavirusa yoluxduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib.

O, virusa qalib gəldiyini bildirib: "14 günüm tamam oldu, sağaldım. Koronavirusa qalib gəldim".