Mətbuatda aparıcı Zaur Kamalın "Həmin Zaur" proqramının yayımı dayandırılması haqda xəbər yayılıb.

Zaur Kamal Teleqraf.com-a açıqlamasında yayılan xəbərləri təkzib edib:

"Bu xəbərləri kim yayır? Verilişimiz ARB televiziyasında yeni mövsümdən davam edəcək. Oktyabrın 4-də efirdə yayımlanacaq. Türkiyədən yeni sezonun çəkilişlərini etdik".