Türkiyənin tanınmış hərbi müxbiri Fulya Öztürk Azərbaycana təşəkkkür edib.

Teleqraf.com xəbər verir ki, Fulya Öztürk İnstaqramda FHN-nin əməkdaşı Kamil Dünyamalıyevi fotosunu paylaşaraq maraqlı qeyd yazıb.

"Bağrıma basıram!", - deyə bildirib.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Kamil Dünyamalıyevin yanan evdən Türkiyə bayrağını çıxarması rəğbətlə qarşılanıb.