Şairə Nazilə Səfərli xalq artisti Flora Kərimovanın evində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli xalq artisti ilə fotosunu İnstaqramda paylaşaraq "Dünyaya tək gələn qadın...Bənzərsiz səs, böyük məktəb",- şərhini yazıb.

Bu isə Flora Kərimova ilə düşmən olan müğənni Afət Fərmanqızını özündən çıxarıb. O, şərh bölümünə "İcazə verin, sizdən şübhələnim",- deyə qeyd edib.

Nazilə Səfərlinin isə Afət Fərman qızına cavabı gecikməyib. O, ifaçıya "Başa düşmədim?!", - deyə reaksiya göstərib.

Afət Fərmanqızı isə "Siyasi karyera baxımından", - deyə cavab verib.

Nazilə Səfərli "Ay başımızın bəlası, niyə dincəlmirsən?",- deyərək Afət Fərmanqızına etirazını bildirib.

Qeyd edək ki, Flora Kərimova ilə Afət Fərmanqızı arasında İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinə görə qalmaqal yaşanıb. Flora Kərimova Afət Fərmanqızını məhkəməyə verəcəyi ilə hədələmişdi.