Müğənni Roza Zərgərli "Я влюбилась" ("Mən vurulmuşam") adlı yeni mahnısını təqdim edib.

Teleqraf com xəbər verir ki, mahnı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə bəstələnib.

Musiqinin müəllifi Sevinc Tofiqqızıdır.

Roza Zərgərli bildirib ki, hazırda yeni mahnılar üzərində çalışır. Onlardan bir neçəsini ekranlaşdırmağı planlaşdırır.