Müğənni Manaf Ağayev ARB televiziyasında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Manaf Ağayev haqqında sosial şəbəkədə tənqidi rəy yazan şəbəkə istifadəçisini tapdığını deyib: "Sosial şəbəkədə şərh yazanın birini tapdım. Ona deyirəm ki, niyə belə yazmısan? Səni kimi öyrədib? Sənə neynəmişəm? Başqa rəylərini göstərib deyir ki, müəllim, baxın, sizi nə qədər tərifləmişəm. Mən qələt etmişəm, sizə qurban olum. Elə bildi ki, onu vuracam. Deyir, gördüm ki, yazırlar, mən də yazdım".
Manaf Ağayev həmkarı Günel Ələkbərovaya borc pul verməsindən də danışıb: "Günel Ələkbərovanın ev məsələsinə görə banka iki min manat borcu qalmışdı. Ona dedim ki, sənə iki-üç gündən sonra kömək edəcəm. Dedi, yox, nə danışırsan, sən niyə pul verməlisən?! Mənim sevgilim, qohumum deyilsən, pulu götürmərəm. Beş-on gün sonra sürücüdən pulu göndərdim. Günel yenə götürmədi".
Qeyd edək ki, Günel Ələkbərova kreditlə aldığı evin aylıq haqqını ödəyə bilmədiyini açıqlamışdı.