Əməkdar artist Vəfa Zeynalovanın qızı nişanlanıb.
Teleqraf.com xəbər verir ki, əməkdar artist bu haqda MTV Azərbaycan kanalında deyib: "Qızım Səbinə nişanlanıb. Allah onu xoşbəxt eləsin. Valideynlərin razılığı ilə olub”.
Əməkdar artistin qızı Səbinə isə bu barədə belə deyib: "Nişanlımla dörd il əvvəl Almaniyada tanış olmuşuq. Məndən bir yaş böyükdür".
Qeyd edək ki, Vəfa Zeynalovanın əkiz qızları var.