Xəzər TV ilə yollarını ayıran Zaur Kamal ARB televiziyasında aparıcı kimi fəaliyyətə başlayır.

Teleqraf.com xəbər verir ki, Zaur Kamalın aparıcılıq edəcəyi verilişin anonsu ARB-nin yutub kanalında yayımlanıb.

Əldə etdiyimiz məlumata görə, verilişin adı hələ müəyyənləşməyib.

Zaur Kamal hazırda 106.3 FM radiosunda çalışır.

Qeyd edək ki, Zaur Kamal Xəzər TV-də 5/5 və "Ay Zaur" verilişlərinin aparıcısı olub.