BAKI, 24 avqust. TELEQRAF

“Avrasiya İqtisadi Birliyinin (AİB) sütunları çıxarılıb, o yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deputat Aqnesa Xamoyanın AİB-də yerli məhsulların dövriyyəsi və ticarətinə dair problemlə bağlı sualına cavab verərkən deyib.

Baş nazir Ermənistan iqtisadiyyatının “normal vəziyyətdə olduğunu” iddia edib.