BAKI, 16 iyun. TELEQRAF

Cari ilin birinci rübünün sonuna Azərbaycanın strateji valyuta aktivləri 117,4 milyon dollar artaraq 85,2 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübü üzrə tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.

O bildirib ki, bu artım ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini və maliyyə resurslarının gücləndiyini bir daha sübut edir.