BAKI, 1 sentyabr. TELEQRAF

Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən “Bravo” marketdə baş verib.

Neftçala rayon sakini, 2002-ci il təvəllüdlü Bağırov Şövqi Cahid oğlu marketdən 450 manat dəyərində yeyinti məhsulları olan yağ oğurlayıb.

Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə iş qaldırılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 2 ay müddətinə inzibati qaydada həbs edilib.