BAKI, 16 iyun. TELEQRAF

Cari ilin birinci rübündə Azərbaycan neftinin reallaşmış orta qiyməti 79.5 ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübü üzrə tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.

O bildirib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7%-lik artım deməkdir:

“Qazın 1000 kubmetrinin reallaşmış orta qiyməti isə 268 dollar olub”.