BAKI, 16 iyun. TELEQRAF
2026-ci ilin birinci rübündə cari əməliyyatlar balansında 1.7 milyard dollar profisit formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübü üzrə tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.
Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9.5% təşkil edib:
"Xalis xarici maliyyə aktivləri 200 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 2 milyard dollara yaxın azalıb".