BAKI, 15 iyun. TELEQRAF
Nyu-York Əmtəə Birjası (NYMEX) və “COMEX”də platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti 2,31-3,43% artıb.
Teleqraf xəbər verir ki, NYMEX-də palladium fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3,14% artaraq 1 332 ABŞ dolları təşkil edib.
Eyni zamanda, platinin fyuçersləri 3,43% yüksəlirik bir troya unsiyası üçün 1 771 ABŞ dolları olub.
“COMEX” birjasında qızılın unsiyası 4 336,7 ABŞ dolları olub ki, bu da 2,31% artım deməkdir.
Gümüş fyuçerslərinin qiyməti isə 3,39% yüksələrək bir troya unsiyası üçün 70,28 ABŞ dollarına çatıb.