BAKI, 15 iyun. TELEQRAF

2025-ci ildə Azərbaycanın təbii qazının bütün istiqamətlər üzrə min kubmetrinin orta satış qiyməti proqnoz göstəricini 26,4% üstələyərək 305,9 ABŞ dollarına çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Məlumata görə, 2025-ci ildə neft-qaz sektorunda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilomlamarın proqnozun çox icra edilməsi neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi hesabına baş verib. Belə ki, neft-qaz sektoru üzrə DVX xətti ilə təmin edilməli gəlirlər proqnozu 517,4 milyon manat və ya 13,5% üstələyərək 4 milyard 347,4 milyon manat təşkil edib.