BAKI, 8 iyun. TELEQRAF
Şuşanın D-5 massivində 1-ci və 2-ci mərhələlər üzrə 22 ədəd dördmərtəbəli yaşayış binasının tikintisi üçün 61 milyon 136 min 961,36 manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, tikinti işlərinin icrası məqsədilə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi “Diler İnşaat” QSC ilə üç müqavilə imzalayıb.
Müqavilələrdən ikisinin dəyəri hər biri 24 milyon 76 min 360,11 manat, üçüncüsünün dəyəri isə 12 milyon 984 min 241,14 manat təşkil edir.
“Diler İnşaat” QSC müqavilələr çərçivəsində yaşayış binalarının tikintisi ilə yanaşı köməkçi təyinatlı obyektlərin inşasını və abadlıq işlərinin görülməsini də həyata keçirəcək. İşlərin 2027-ci il oktyabr 3-dək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Diler İnşaat” QSC 2016-cı ildə təsis edilib. Şirkət tikinti materiallarının satışı və distribusiyası, eləcə də yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə məşğuldur. Şirkətin nizamnamə kapitalı 2 010 manatdır, qanuni təmsilçisi isə Elxan Süleymanovdur.