BAKI, 8 iyun. TELEQRAF
Mayda Süd Məhsulları Qiymətləri İndeksi orta hesabla 119,2 bənd təşkil edib. Bu, aprel ilə müqayisədə 0,5 bənd (0,5%), ötən ilin eyni dövrü ilə müqayisədə isə 34,5 bənd (22,4%) azalma deməkdir.
Teleqraf BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən xəbər verir ki, Avropa və Okeaniyada kərə yağının qiyməti azalmağa davam edib. Süd yağının daha çox olması və iri ixracatçılar arasında rəqabətin artması qiymətlərə təsir göstərib.
Pendir cüzi ucuzlaşıb. Buna səbəb məhsul bolluğudur.
Bunun əksinə olaraq, yağsız süd tozunun qiyməti artıb. Xüsusilə Avropada bu artım daha aydın görünür. Yaxın Şərq, Şimali Afrika və Asiyanın bəzi hissələrindən gələn güclü idxal tələbi bu artımı dəstəkləyib.