BAKI, 8 iyun. TELEQRAF

Azərbaycanda fəaliyyət göstərən "ParolaPAY" şirkəti nizamnamə kapitalını 214 min ABŞ dolları azaldır.

Teleqraf xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 300 min dollardan 86 min dollara endirilib.

Qeyd edək ki, "ParolaPAY" rəqəmsal pul kisəsi sistemidir.

Şirkətin qanuni təmsilçisi Mehmet Gülerdir.