BAKI, 8 iyun. TELEQRAF
Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar – may ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 14 milyon 175 min manat təşkil edib.