BAKI, 8 iyun. TELEQRAF

"ƏDV geri al” layihəsi çərçivəsində 87 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb.

Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar – may ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), işğaldan azad edilən ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə banklar tərəfindən istehlakçılara 87 milyon 305,8 min manat ƏDV qaytarılıb.

2026-cı ilin yanvar – may aylarında xarici vətəndaşlar tərəfindən ölkə ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılan ƏDV-nin (“Tax free”) məbləği 3 milyon 434 min manat təşkil edib.