BAKI, 5 iyun. TELEQRAF

Mayda Ət Qiymətləri İndeksi orta hesabla 130,5 bal təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 0,1 faiz artım, bir il əvvəlki səviyyədən isə 7,7 bal (6,3 faiz) çoxdur.

Teleqraf BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına istinadən xəbər verir ki, hesabat dövründə dünyada mal-qara və qoyun ətinin qiyməti artıb. Quş ətinin qiymətində isə orta artım qeydə alınıb. Əvəzində onuz ətinin qiyməti aşağı düşüb.

Mayda mal ətinin qlobal qiyməti yenidən yüksəlib. Bu, əsasən Çin və daxili bazarlarda davamlı təchizat çatışmazlığı fonunda ABŞ-dəgüclü idxal tələbi ilə əlaqədar olub.