XOCALI, 3 iyun. TELEQRAF
Xocalı rayonunun Ballıca, Təzəbinə, Badara, Xanyurdu, Şuşakənd kəndlərinin mövcud su təchizatı sistemi bərpa edilərək istismar olunur, digər Xanabad, Seyidbəyli kəndlərinin isə su təchizatı yenidən qurulub.
Teleqraf-ın Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edilib ki, Xocalı şəhərinin su mənbəyi 1 ədəd subartezian quyusu olduğu müəyyən edilib.
Şəhərin relyefinə görə 1 zonaya bölünmüş zona üzrə su anbarı (2x500m3) mövcuddur. Şəhərin şəbəkəsi polietilen (D63-160mm, L=5 km) borulardan ibarətdir, məskunlaşma olan obyektlər üzrə sayğaclaşma işləri aparılıb.
Hazırda şəhərdə məskunlaşma ilə bağlı əlavə su tələbatının yarandığını nəzərə alaraq 1 ədədsubartezian quyusu qazılmış və badara çay su mənbəyindən diametri 160mm, uzunluğu 3.3 km su xətti inşa olunub.
Xocalı şəhərinin mərkəzi hissəsində mövcud su və kanalizasiya şəbəkələrinin Bakı Abadlıq MMC tərəfindən yenidənqurulması işləri aparılmış lakin kanalizasiya çıxış xəttinin əsas daşıyıcı kollektora qoşulması təmin edilməmişdir Agentlik tərəfindən məhsuldarlığı 2x200m3 modul tipli tullantı su təmizləyici qurğu quraşdırılıb.
Ballıca kəndinin dayanıqlı su təchizatı üçün Badara-Xankəndi magistral su kəmərindən D160mm, L=1.3 km su xətti inşa edilib.
Xocalı şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 364 istehlakçıya xidmət göstərilir.
Əsgəran qəsəbəsinin su təchizatı üzrə aparılmış araşdırmalara əsasən qəsəbənin su mənbəyi badara çayında drenaj tipli suqəbuledici qurğudan suyunD325mm, 7 km məsafədən şəhərdə yerləşən su anbarına nəql olunur.
Qəsəbənin relyefinə görə 1 zonaya bölünmüş zona üzrə su anbarı (2x750m3) mövcuddur. Şəhərin şəbəkəsi polietilen borulardan (D63-110mm, L=12 km) ibarətdir, suyun uçotunun aparılması üçün yeraltı quyularda quraşdırılmış su sayğacları mövcuddur.
Əsgəran şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 50 istehlakçıya xidmət göstərilir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Xocalı şəhərinə 145 ailə , kəndlərə isə (Xanyurdu, Daşbulaq, Badara, Təzəbinə, Seyidbəyli, Xanabad, Şuşakənd) ümumi 877 ailə köçürülüb.