BAKI, 2 iyun. TELEQRAF
"Azəri-Çıraq-Günəşli" yatağında hasilatın səviyyəsinin azalmasının qarşısını almaq üçün layların hazırkı vəziyyətini anlamaq üçün 4-ölçülü (4D) seysmik tətqiqat həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu beşillik proqram laylardakı hazırkı vəziyyəti bilmək, həm də laylardakı su, neft və qazın hansı istiqamətdə hərəkət etdiyini müəyyənləşdirmək üşün aparılır:
"Daha sonra isə seysmik məlumatlarda səslərin təmizlənməsində süni intellekt istifadə olunur. Bu məlumatlar gələcəkdə neft hasilatı quyusunun harada qazılacağını müəyyənlədirir. Eyni zamanda, bu məlumatlar bizə imkan verir ki, səpələnmiş neft ehtiyatlarının hansı istiqamətdə su və ya qaz vurulması ilə bir yerə toplayaraq haradan qazıb çıxarımaq olar, bilək".