BAKI, 2 iyun. TELEQRAF
Dövlət Neft Şirkəti (SOCAR), BP, və İsrailin “NewMed Energy” şirkəti İsrail sularında təbii qaz kəşfiyyatı aparmaq üçün lisenziya verilməsinə dair saziş imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Yaxın Şərqdə hazırda mövcud olan vəziyyətlə bağlı olaraq hazırda bu layihə çərçivəsində heç bir fəaliyyət yoxdur. Bölgədəki hazırkı vəziyyətlə bağlı heç bir iş görmək mümkün deyil.