BAKI, 2 iyun. TELEQRAF

“Şəfəq-Asiman” yatağında kəşfiyyat işlərinə “Şahdəniz” yatağında aparılan qazma işləri bitdikdən sonra başlayacayıq.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, “Şəfəq-Asiman” yatağı çox mürəkkəb geoloji strultura sahibdir:

“Burada quyu qazmaq da çox mürəkkəb iş tələb edilir. Yataqda kəşfiyyat quyusu qazmaq üçün lazım olan qazma qurğusu hazırda “Şahdəniz” yatağında işlək vəziyyətdədir.

Əlavə olaraq, biz qazma qurğusu ilə bağlı tərtib edilən vaxt cədvəlinin mümkün qədər optimallaşdırılması üzərində işləyirik”.