BAKI, 2 iyun. TELEQRAF
BP Özbəkistanın Şimali Üstyurd regionundakı altı blok üzrə hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulub. Planımız regionda yayın sonuna qədər seysmik tətqiqat işini başa çatdırmağı planlaşdırırıq.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, daha sonra isə növbəti ilin sonuna qədər əldə edilən məlumatlar təhlil olunacaq və bu təhlillər regionda neft və ya qazın olub-olmadığı ilə bağlı məlumat verəcək.