BAKI, 2 iyun. TELEQRAF
"Azəri-Çıraq-Günəşli”dən (AÇG) kəşf edilən sərbəst təbii qaz (STQ) hazırda hasilatda olunan laylarının həm üst, həm də alt hissəsində mövcuddur. Bu sərbəst təbii qaz AÇG-nin həm “Azəri”, həm də “Günəşli” sahəsində mövcuddur".
Teleqraf xəbər verir ki, bu barədə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu sahələrdə ehtiyatların nə qədər olduğu ilə bağlı hələ dəqiq məlumat yoxdur:
"Qazılan ilkin quyunun məqsədi bu məlumatları əldə etmək üçündür. Hazırda əlimizdə olan hesablamalara görə, "Günəşli" sahəsində 4 trilyon kubfut ehtiyat mövcuddur. Əlavə imkanlarla bu səviyyəni 6 trilyon kubfutadək artırmaq mümkündür. "Azəri" sahəsində isə hələ ki hesablamalar aparılmayıb, əlimizdə hazırda dəqiq məlumat mövcud deyil".
O əlavə edib ki, hasil olunan sərbəst təbii qaz “Qərbi-Çıraq” platformasına, oradan "Səngəçal" platformasına ötürüləcək:
"Buradan isə həmin qaz Avropa bazarlarına ötürüləcək".