BAKI, 2 iyun. TELEQRAF
AÇG-də aşkar edilən neft halqasından hasilat sentyabrda başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından yataqlarının dərinliyində qaz və su arasında nazik bir neft halqası aşkar edilib:
“Biz orada neft olma ehtimalının olduğunu bilirdik. Amma nə qədər olduğunu bilmirdik. Buna görə də bir quyu qazdıq və sentyabr ayında həmin neft “halqası” üzrə hasilata başlayacağıq. Bu da bizə həcmin nə qədər olduğunu görməyə imkan verəcək”.