BAKI, 2 iyun. TELEQRAF
Biz ESCO (“Energy Service Company” Enerji Xidmət Şirkəti) modelini Azərbaycana gətiririk, bu sahə ilə bağlı maarifləndirməni artırmaq və bu cür fəaliyyətlərdə iştirak edən qurumları prosesə cəlb etmək son dərəcə vacibdir.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan "Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi" adlı iclasda deyib.
"Hesab edirəm ki, qanunvericilik baxımından biz ümumilikdə yaxşı vəziyyətdəyik. Bizim fondumuz var. Həmçinin fiskal satınalma ilə bağlı müəyyən siyasət addımları da ola bilər. Düşünürəm ki, biznesin inkişaf etdirilməsi çox böyük əhəmiyyət daşıyır və bu, həyata keçirdiyimiz fəaliyyətlərin ayrılmaz hissəsi olmalıdır".