"BP-nin investisiya qərarları ilin əvvəlində olduğu kimi eyni kapital və neft qiyməti mühitinə əsaslanır".

Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərin neft qiymətlərinin daha da artacağı üzrə gözləntilərlə bağlı suallarına cavabda deyib.

O qeyd edib ki, şirkətin investisiya planları dəyişmir:

“İtizamlı kapital bölgüsü çərçivəsində biz neftin qiymətindəki qəfil dəyişikliklərə reaksiya verə bilmərik. İl ərzində kapital çərçivəsini sabit saxlamaq istəyirik”.