BAKI, 2 iyun. TELEQRAF

Biz Azərbaycanı yalnız irimiqyaslı enerji resurslarına malik ölkə kimi deyil, həm də böyük inkişaf potensialına sahib tərəfdaş kimi görürük.

Teleqraf xəbər verir ki, bu barədə INPEX şirkətinin Baş vitse-prezidenti Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru Munehiro Hosono Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan paneldə deyib.

O xatırladıb ki, INPEX 2003-cü ildən etibarən AÇG (Azəri–Çıraq–Günəşli) layihəsinin tərəfdaşıdır və layihədə təxminən 10 %-lik paya malikdir:

O qeyd edib ki, INPEX Azərbaycanda yeni layihələrdə iştirak etməklə əməkdaşlığı daha da genişləndirmək potensialı görür:

"Xüsusilə mövcud yataqlarda qaz hasilatının artırılması və səmərəliliyi yüksəldən, uzunmüddətli dayanıqlılığı təmin edən texnologiyaların tətbiqi istiqamətində imkanlar mövcuddur.

INPEX real və məsuliyyətli enerji keçidinin təşviqinə sadiqdir. Azərbaycanla tərəfdaşlığımıza böyük dəyər veririk və uzunmüddətli, dayanıqlı inkişaf naminə bu əlaqələri daha da dərinləşdirmək niyyətindəyik".