BAKI, 2 iyun. TELEQRAF
Gələcəkdə daha da artan tələbi qarşılamaq üçün istehsal portfelimizi genişləndiririk.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan paneldə deyib.
O qeyd edib ki, bu məqsədlə SOCAR müxtəlif beynəlxalq layihələrə qoşulur:
"Məsələn, Kot-d’İvuarda həyata keçirilən "Baleine" layihəsində 10 %-lik paya malikik. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərində "Murban" layihəsində bir müddətdir fəaliyyət göstəririk.
Beləliklə, qlobal miqyasda iştirakımızı genişləndirir və beynəlxalq enerji bazarındakı mövqeyimizi daha da gücləndiririk".